Türkiyə Qarabağa görə Ermənistana şərt qoydu

Türkiyə Qarabağa görə Ermənistana şərt qoydu
  20 Dekabr 2017    Oxunub:2557
“Ermənistan bizim şərtimizi yerinə yetirməyincə, Azərbaycan torpaqlarından çıxmayınca münasibətlərin normallaşması mümkün deyil”.

AzVision.az-ın məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycan, İran və Türkiyə XİN rəhbərlərinin Bakıda keçirilən 5-ci üçtərəfli görüşünün yekunu üzrə mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal edib, Xocalı qətliamını törədib: “Ermənistan qonşu dövlətlərə qarşı münasibətinə yenidən baxmalı, ərazi iddialarından əl çəkməli və Azərbaycanın ərazi bütövlüyünə hörmət etməlidir. Biz Azərbaycanın qəbul edəcəyi hər bir formulu qəbul edəcəyik. Münasibətlərin normallaşması üçün bir şərt qoyduq ki, Ermənistan Azərbaycan torpaqlarından çıxacaq və ondan sonra münasibətlər normallaşa bilər. Ermənistan tərəfindən verilən açıqlamaların bizim üçün heç bir hökmü yoxdur”.

Ermənistan və Türkiyə arasında 2009-cu ildə İsveçrədə imzalanan protokolların taleyi barədə sualı cavablandıran nazir deyib: “Ermənistan həmin protokolları öz Konstitusiya Məhkəməsinə təqdim edib və KM sənədlərin bəzi önəmli maddələrini oradan çıxarıb. Biz Ermənistanla bəzi şərtlər daxilində addım atmaq istədik. Əsas şərt o idi ki, Ermənistan işğal etdiyi torpaqlardan çəkiləcək, biz də əlaqələrimiz normallaşdıracağıq. Bizim şərtimizi yerinə yetirmədiyi müddətcə bu razılaşmanın həyata keçməsi mümkün deyil”.

Eldar Tanrıverdiyev
Foto: Elvin Abdulla


AzVision.az


Teqlər: XİN   Türkiyə   Dağlıq-Qarabağ  





Xəbər lenti