"Lisenziyalar və icazələr" portalı təqdim olunub

"Lisenziyalar və icazələr" portalı təqdim olunub
  20 Dekabr 2017    Oxunub:2003
Bu gün "Lisenziyalar və icazələr" portalının təqdimatı olub.
Portal İqtisadiyyat Nazirliyi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birgə hazırlanıb.

İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov qeyd edib ki, sahibkarlar gələn ildən istifadəyə veriləcək portala daxil olmaqla fəaliyyət növünə uyğun lisenziya və ya icazə almaq üçün elektron müraciət etməklə, lisenziyanı və ya icazəni elektron qaydada ala biləcəklər.

Lisenziya və icazə verən orqanlar isə lisenziyaların və icazələrin verilməsi barədə müraciətlərin qəbulunu, hazırlanmasını və cavablandırılmasını elektron qaydada həyata keçirə biləcəklər.

Lisenziya və icazə verəm aidiyyəti orqanların portala qoşulması və informasiya sistemlərinin inteqrasiyası ilə bağlı texniki işlər başa çatdırıldıqdan sonra lisenziyalar və icazələr portalı fəaliyyətə başlayacaq.

AzVision.az


Teqlər: ASAN-Xidmət   Portal  





Xəbər lenti