Ən yaxşı tabor komandirləri mükafatlandırıldı
Yarışlar Silahlı Qüvvələrin 2017-ci tədris ili planına uyğun olaraq keçirilib. Yarış Silahlı Qüvvələr, qoşun növləri və xidmətlər üzrə ən yaxşı tabor (diviziya) komandiri adı uğrunda aparılıb. Yarışlar zamanı əsas diqqət tabor (diviziya) komandirlərinin öz ixtisasları üzrə nəzəri biliklərinin, praktiki bacarıq vərdişlərinin, fiziki hazırlıqlarının, eləcə də, taboru döyüşdə idarə etməkdə şəxsi heyətlə işdə fərqlənən tabor komandirlərinə yönəlib.
Yarışlar zamanı 13 nəfər müxtəlif tabor, müxtəlif xidmətlər, qoşun növləri üzrə mükafatlandırılıblar. Mükafatları tədbirin fəxri qonağı, general-leytenant Nizam Osmanov təqdim edib.
AzVision.az
Teqlər: Müdafiə-Nazirliyi