“Azərbaycan böyük iqtisadi potensiala malikdir” - İlham Əliyev (Yenilənib)
Dövlətimizin başçısı IBM şirkətinin Azərbaycanda fəaliyyəti üçün geniş imkanların olduğunu qeyd etdi. Prezident İlham Əliyev ölkəmizdə informasiya-kommunikasiya texnologiyaları sektorunun prioritet təşkil etdiyini vurğulayaraq, bu sahədə artıq böyük nailiyyətlərin əldə olunduğunu dedi. Bu yaxınlarda Azərbaycanda “Bakutel-2017” sərgisinin keçirildiyini deyən dövlətimizin başçısı sərgini beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi baxımından önəmli tədbir kimi dəyərləndirdi.
Prezident İlham Əliyev qeyd etdi ki, ölkəmiz böyük iqtisadi potensiala və perspektivlərə malikdir və xarici şirkətlərin fəaliyyəti üçün çox cazibədardır. Dövlətimizin başçısı IBM şirkəti ilə Azərbaycan arasında gələcəkdə uğurlu əməkdaşlığın həyata keçiriləcəyinə ümidvar olduğunu bildirdi.
AzVision.az
Teqlər: İlham-Əliyev Prezident