Qanunsuz kömür biznesinə qarşı reydlər davam edir

Qanunsuz kömür biznesinə qarşı reydlər davam edir
  20 Dekabr 2017    Oxunub:1627
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları respublika ərazisində yerli meşə materiallarının qanunsuz yolla əldə edilməsi, daşınması, ağac emalı sexlərində istifadə olunması, eləcə də ağac kömürünün hazırlanması və satışı hallarının qarşısının alınması məqsədilə dekabrın 11-dən 17-dək növbəti reyd keçiriblər.
Departamentdən AzVision.az-a verilən məlumata görə, keçirilən reydlər zamanı Astara rayonu ərazisində rayonun Şümrüd kənd sakini Əfrail Əmirova məxsus “QAZ-66” markalı 50 BC 027 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində 5,45 kubmetr həcmində fıstıqcinsli içlik materialdan hazırlanmış taxta, Astara rayonu Ovələ kənd sakini Ramin Mərifova məxsus “UAZ” markalı 07 BF 164 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində 2,5 kubmetr həcmində palıdcinsli meşə materialından hazırlanmış odun aparıldığı aşkar edilib. Faktlarla bağlı qanun pozucuları barəsində aktlar tərtib olunub və onlara ümumilikdə 838,47 manat məbləğində ziyan tətbiq edilib.

Balakən rayonu ərazisində keçirilən reyd zamanı rayonun Püştətala kənd sakini Asif Məmmədova məxsus “UAZ-469” markalı 08 BD 142 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində 2,2 kubmetr həcmində vələscinsli meşə materialından hazırlanmış odun aşkar edilib. Faktla bağlı qanun pozucusu barəsində akt tərtib olunub və ona 34,19 manat məbləğində ziyan tətbiq edilib.

Quba rayonu ərazisində keçirilən reyd zamanı rayonun Kürkün kənd sakini Rüstəm Abdullayevə məxsus “QAZ-69” markalı, dövlət qeydiyyat nişanı olmayan avtomobilin yük yerində 1,2 kubmetr həcmində ağcaqayıncinsli meşə materialından hazırlanmış odun aşkarlanıb. Faktla bağlı qanun pozucusu barəsində akt tərtib olunub və ona 18,65 manat məbləğində ziyan tətbiq edilib.

Qusar rayonu ərazisində keçirilən reyd zamanı rayonun İmamqulukənd kənd sakini Məmməd Məmmədova məxsus yeşik hazırlanan sexdə 1,4 kubmetr həcmində fıstıqcinsli içlik materialı aşkar edilib. Faktla bağlı qanun pozucusu barəsində akt tərtib olunub və ona 208,70 manat məbləğində ziyan tətbiq edilib.

Xaçmaz rayonu ərazisində keçirilən reyd zamanı rayonun Xudat şəhər sakini Zeynəddin Daşdəmirova məxsus yeşik hazırlanan sexdə 2,7 kubmetr həcmində fıstıqcinsli içlik materialı aşkarlanıb. Faktla bağlı qanun pozucusu barəsində akt tərtib olunub və ona 402,50 manat məbləğində ziyan tətbiq edilib.

Hazırda reydlər davam etdirilir.

AzVision.az


Teqlər: ETSN   Reyd  





Xəbər lenti