General Nizam Osmanov: “Düşmənin istənilən təcavüzünün qarşısını almağa hazırıq”

General Nizam Osmanov: “Düşmənin istənilən təcavüzünün qarşısını almağa hazırıq”
  21 Dekabr 2017    Oxunub:8475
"Dövlət müstəqilliyimizin, milli təhlükəsizliyimizin, xalqımızın əmin-amanlıq şəraitində yaşamasının təminatçısı olan Azərbaycan Ordusu son illərdə daha da möhkəmlənib, mütəşəkkil hərbi qüvvəyə çevrilib. Qürur hissi ilə deyə bilərik ki, Azərbaycan Ordusu regionun ən güclü ordusudur və düşmənin istənilən təcavüzünün qarşısını almağa, hücum tapşırığını yerinə yetirməyə qadirdir"
AzVision.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini – Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi, general-leytenant Nizam Osmanov Silahlı Qüvvələrdə ən yaxşı tabor (divizion) komandirləri yarışlarının qaliblərinin mükafatlandırılması mərasimində çıxışında deyib.

N.Osmanov bildirib ki, ötən il aprel döyüşləri zamanı Azərbaycan Ordusu nəyə qadir olduğunu bir daha nümayiş etdirdi. Aprel döyüşlərində qazandığımız qələbə xalqımızın birliyinin, həmrəyliyinin, vətənpərvərliyinin, Azərbaycan Ordusunun güc və qüdrətinin, həmçinin müdrik Prezidentimiz, qətiyyətli sərkərdəmiz, Ali Baş Komandan İlham Əliyevin qələbəsi kimi tarixə düşdü.

“Ordumuza, onun şəxsi heyətinə ölkə rəhbərliyi tərəfindən hərtərəfli diqqət və qayğı göstərilir. Ordumuzun maddi-texniki bazası hər gün möhkəmlənir, yeni-yeni döyüş texnikaları, silah-sursatlar, zenit-raket kompleksləri, artilleriya qurğuları, döyüş təyyarələri, helikopterlər alınır. Keçirilən irimiqyaslı taktiki təlimlər, komanda-qərargah hərbi oyunları göstərir ki, Azərbaycan Ordusu quruda, dənizdə və havada, istənilən iqlim şəraitində qarşısına qoyulmuş hər bir vəzifəni yerinə yetirməyə hər an hazırdır”, - deyə general-leytenant deyib.

AzVision.az


Teqlər: General   Nizam-Osmanov  





Xəbər lenti