Vasif Talıbov Binəli Yıldırımla görüşüb

Vasif Talıbov Binəli Yıldırımla görüşüb
  21 Dekabr 2017    Oxunub:1608
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun və Türkiyə Respublikasının Baş naziri Binəli Yıldırımın görüşü olub.
AzVision.az-ın məlumatına görə, görüş zamanı Azərbaycan və Türkiyə xalqlarının tarixən bir yerdə olduğunu vurğulayan Ali Məclis sədri Vasif Talıbov Türkiyə Baş nazirinin Naxçıvana səfərinin bu əlaqələrin yüksək səviyyəsinin göstəricisi olduğunu diqqətə çatdırıb.

2009-cu ildən sonra yenidən qədim Naxçıvan torpağına səfərindən məmnunluğunu bildirən Türkiyənin Baş naziri Binəli Yıldırım ötən müddət ərzində Naxçıvanın böyük inkişafa nail olduğunu vurğulayıb.

Görüş zamanı İğdırın və Naxçıvanın hava limanları arasında əməkdaşlığın inkişaf perspektivləri barədə də fikir mübadiləsi aparılıb. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr olub.

AzVision.az


Teqlər: Naxçıvan   Vasif-Talıbov   Binəli-Yıldırım  





Xəbər lenti