Dövlət agentliyinə verilən avtomobillər geri alındı

Dövlət agentliyinə verilən avtomobillər geri alındı
  21 Dekabr 2017    Oxunub:1117
Müəllif Hüquqları Agentliyinə dövlət tərəfindən verilmiş avtomobillər geri alınır.
AzVision.az-ın məlumatına görə, bununla bağlı Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında” qərarında dəyişiklik edilib. Qərarı baş nazir Artur Rasi-zadə imzalayıb.

İndiyədək Müəllif Hüquqları Agentliyinə dövlət tərəfindən 2 avtomobil verilib.

Avtomobillərin geri alınması Müəllif Hüquqları Agentliyinin publik hüquqi şəxsə çevrilməsi ilə əlaqədardır.

AzVision.az


Teqlər: Agentlik   Avtomobil  





Xəbər lenti