45 minə yaxın müəllimin maaşı artacaq
AzVision.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin 2017-ci il üzrə hesabatında qeyd olunub.
2017-ci ildə diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin əməkhaqları 2018-ci ilin yanvar ayından artırılacaq.
Hesabatda qeyd olunub ki, eyni rayon (şəhər) daxilində yerdəyişmə nəticəsində 650 nəfərə yaxın, bir rayondan (şəhərdən) digər rayona (şəhərə) yerdəyişmə nəticəsində isə 1000 nəfərə yaxın müəllim elektron ərizədə göstərdikləri seçimlər üzrə yerləşdirilib. Respublikanın ümumi təhsil müəssisələrinə mərkəzləşdirilmiş qaydada müəllimlərin işə qəbulu üzrə müsabiqə keçirilib. Müsabiqənin nəticəsinə əsasən, ümumilikdə 6 min nəfərə yaxın şəxs müəllim adını qazanıb.
AzVision.az
Teqlər: Təhsil-Nazirliyi Müəllim Maaş