"Ordu məzarlığı"nın yaradılması təklifinə rəsmi münasibət

"Ordu məzarlığı"nın yaradılması təklifinə rəsmi münasibət
  21 Dekabr 2017    Oxunub:1611
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı şəhid olan şəxslər üçün ayrıca məzarlığın salınması ilə bağlı təklifə münasibət bildirib.

AzVision.az-ın məlumatına görə, M.Qurbanlı xatırladıb ki, döyüş zamanı şəhid olan əsgərlərin dəfni ilə bağlı qaydalar mövcuddur və bütün məzarlıqlarda həmin qaydalar tətbiq olunur:
“Təklif olunur ki, ayrıca məzarlıq salınsın. Hazırki qaydalarda şəhidlərin dəfni məzarlıqların bir hissəsində həyata keçirilir. Yəni ümumi qaydalar mövcuddur”.

Komitə sədrinin sözlərinə görə, bu təklif müzakirə edilə bilər.

Qeyd edək ki, şəhid olan hərbçilər üçün ayrıca məzarlığın salınması təklifini Milli Məclisin Regional komiotəsinin sədri Arif Rəhimzadə irəli sürüb.

Anar Kəlbiyev
AzVision.az



Teqlər: Mübariz-Qurbanlı   Komitə  





Xəbər lenti