İlham Əliyev: “Azərbayanda dini və milli zəmində heç bir problem yoxdur”

İlham Əliyev: “Azərbayanda dini və milli zəmində heç bir problem yoxdur”
  21 Dekabr 2017    Oxunub:2522
“Azərbaycan İslam həmrəyliyinə böyük töhfə verir və bu məsələ ölkəmiz üçün prioritetdir”.
AzVision.az xəbər verir ki, bunu prezident İlham Əliyev “2017 - İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda keçirilən beynəlxalq konfrsanda çıxışı zamanı deyib.

Ölkə başçısı bildirib ki, Azərbaycan xalqı əsrlərdir milli-mənəvi dəyərlərini qoruyub yaşadır: “İslam dəyərləri də bunun tərkib hissəsidir. Azərbaycanda din sahəsində hökm sürən əmin-amanlıq ölkəmizi gücləndirir. Biz fəxr edirik ki, müsəlman dünyasının ən qədim məscidlərindən biri ölkəmizdə yerləşən və bir neçə il bundan əvvəl bərpa edilən “Şamaxı Cümə Məscidi”dir. Azərbaycan beynəlxalq aləmdə müsəlman ölkələri ilə çox yaxın münasibətlər qurub, ikitərəfli və çoxtərəfli qaydada, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində münasibətlər möhkəmlənib. İslam Əməkdaşlıq Təşkilatı ilə əlaqələr güclənib. Keçən il İslam Əməkdaşlıq Təşkilatının zirvə görüşündə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı önəmli qətnamə qəbul edilib və kontakt qrupu yaradılıb.

Ölkəmizin təşəbbüsü ilə İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumu, Əmək Mərkəzi və Jurnalistlər Assosiasiyası fəaliyyətə başlayıb. Bundan əlavə, İSESCO-nun üzvü olan Azərbaycan təşkilat çərçivəsində uğurlu fəaliyyəti ilə seçilib. Bir neçə il əvvəl İSESCO tərəfindən Bakı İslam mədəniyyətinin paytaxtı elan edilib, gələn il isə bu missiyanı qədim Naxçıvan şəhəri daşıyacaq”.

Prezident İlham Əliyev bildirib ki, Azərbaycan bütün müsəlman aləmində birliyin, həmrəyliyin təmin olunmasına çalışır və bu istiqamətdə önəmli addımlar atır: “İslam həmrəyliyi bizim üçün sadəcə şüar deyil, əsas istiqamətlərdən biridir. Bunu gördüyümüz işlər də təsdiq edir. Azərbaycanda bütün xalqların, dinlərin nümayəndələri bir ailə kimi yaşayır və bu, bizim böyük sərvətimizdir. Dinlərarası və mədəniyyətlərarası dialoqla bağlı ölkəmizdə böyük tədbirlər keçirilir. Ölkəmiz sivilizasiyalararası münasibətlərdə hər zaman müsəbt rol oynayır. Azərbayanda dini və milli zəmində heç bir problem yoxdur. Dünyada mədəniyyətlərarası dialoq gücləndirilməlidir. Dəfərlərlə Bakıdan bununla yüksək çağırılışlar edilib”.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: İlham-Əliyev   Prezident   İslam   Konfrans  





Xəbər lenti