"Münaqişə ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır" - Prezident

"Münaqişə ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır" - Prezident
  21 Dekabr 2017    Oxunub:1789
“Multikulturalizm Azərbaycanın dövlət siyasətidir. Eyni zamanda həyat tərzidir”. AzVision.az-ın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev “2017 - İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfransda deyib.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə danışan prezident bildirib ki, münaqişə yalnız beynəlxalq hüquq, norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır.

Ölkəmizin siyasi, iqtisadi və sosial sahədə qazandığı uğurlarından söz açan prezident İlham Əliyev Azərbaycanın gələcək inkişafı ilə bağlı cəmiyyətdə nikbin fikirlərin olduğunu bildirdi: “Reallaşdırılan nəhəng layihələr ölkəmizin uzunmüddətli, dayanıqlı və uğurlu inkişafını dəstəkləyir, Azərbaycan önəmli nəqliyyat mərkəzinə çevrilir”

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: İlham-Əliyev   Prezident   Qarabağ  





Xəbər lenti