Bakıda beynəlxalq konfrans - “Ermənistanı dövlət kimi tanımırıq” (FOTOLAR)

Bakıda beynəlxalq konfrans -  “Ermənistanı dövlət kimi tanımırıq” (FOTOLAR)
  21 Dekabr 2017    Oxunub:4384
Bakıda "2017-İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfrans keçirilir.
AzVision.az-ın məlumatına görə, konfransda çıxış edən Birləşmiş Ərəb Əmirlikləri prezidentinin dini işlər üzrə müşaviri Əli Əbdürrəhman Al Haşim deyib ki, bütün dünya və İslam aləmi çətin dövrdən keçir. Onun sözlərinə görə, insanların həmrəy olması, sülh və əmin-amanlıq şəraitində yaşaması əsas şərtdir.

Səudiyyə Ərəbistanının İslam İşləri, dəvət və irşad nazirinin I müavini Toufik Əl-Sudeyri qeyd edib ki, ölkəsi açıq şəkildə öz mövqeyini ortaya qoyaraq terrorizmə, fərqli qruplaşmalara qarşı mübarizə aparır.

77-ci Antakiya Patriarxı Mar Behar Boutrus Rai isə deyib ki, ABŞ prezidenti Donald Trampın Qüdslə bağlı qərarı BMT-nin qərarlarına ziddir: "Danılmazdır ki, bu qərar yeni savaşlara və çıxışlara səbəb olacaq".

Pakistan senatının sədr müavini Molana Abdul Qafur Haidari vurğulayıb ki, ölkəsi Ermənistanın işğalçılıq siyasətini pisləyir. O, diqqətə çatdırıb ki, Pakistan Ermənistanı dövlət kimi tanımır.

"Ermənistan BMT-nin Azərbaycanın işğal edilmiş torpaqlarını geri qaytarmaqla bağlı qərarını icra etməyənə qədər Pakistan öz fikrində qalacaq, çünki Azərbaycanla qardaşlıq münasibətlərinə xüsusi önəm veririk".















Anar Kəlbiyev
Foto: Elvin Abdulla

AzVision.az


Teqlər: Bakı   Konfrans  





Xəbər lenti