Elmar Vəliyev uşaq baxçasının açılışında - Fotolar

Elmar Vəliyev uşaq baxçasının açılışında - Fotolar
  21 Dekabr 2017    Oxunub:2067
Gəncədə 44 nömrəli körpələr evi uşaq baxçasının açılışı olub.
AzVision.az xəbər verir ki, açılış mərasimdə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun icraçı direktoru Anatoli İksanov və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Mərasimi giriş sözü ilə açan Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev tədbir iştirakçılarını tarixi gün münasibəti ilə təbrik edib. Elmar Vəliyev Prezident İlham Əliyevin və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın Nizami yurduna olan diqqət və qayğısından danışıb. Son illərdə 30-dan artıq təhsil müəssəsinin əsaslı şəkildə təmir olunub və yenidən qurulduğunu deyən şəhər rəhbəri xüsusi vurğulayıb ki, bu prosses gələn il də davam etdiriləcək.



Ölkə rəhbərinin iştirakı ilə açılan obyeklərdən danışan Elmar Vəliyev Gəncə Şahmat Məktəbinin yeni binaya köçürüləcəyini, Gəncə Dövlət Dram Teatr binasının tikintisinin davam etdiyini və İdman Kompleksinin tikiləcəyini bildirib. MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun icraçı direktoru Anatoli İksanov Nizami yurdunda olduğu üçün qürurlandığını deyib. Gəncənin 2017-ci il MDB-nin Mədəniyyət Paytaxtı seçilməsinin əhəmiyətindən danışan Anatoli İksanov qeyd edib ki, Gəncə şəhərində təhsilə olan diqqət və qayğı bütün ölkələr üçün nümunə ola bilər.



Çıxışlardan sonra 44 nömrəli körpələr evi uşaq bağçasında aparılan əsaslı təmir və yenidənqurma işlərində zəhmətlərinə görə Təhmasib İsmayılov, Bayram Hüseynov və Azər Eyvazov Gəncə şəhər İcra Hakimiyyəti başçısının "Fəxri Fərman"ı ilə təltif ediliblər. Balaca fidanlarla birlikdə rəmzi qırmızı lent kəsildikdən sonra Elmar Vəliyev və mərasim iştirakçıları bağçada yaradılan şəraitlə yaxından tanış olublar. Eyni zamanda balaca fidanların bir-birindən fərqli rəqs kompozisiyalarına tamaşa ediblər. Bildirək ki, 240 yerlik körpələr evi uşaq baxçasında 12 qrup fəaliyyət göstərir. Uşaq bağçasında sanitar qovşağı, komputer, mətbəxt, şahmat, dərzi, tibb, musiqi, rəsm, yataq, soyunub-geyinmə və digər yardımçı otaqlar mövcuddur.

AzVision.az


Teqlər: Gəncə  





Xəbər lenti