Məmmədyarov italiyalı həmkarı ilə telefonla danışıb

Məmmədyarov italiyalı həmkarı ilə telefonla danışıb
  21 Dekabr 2017    Oxunub:1093
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və İtaliya xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Angelino Alfano arasında telefon danışığı olub.
Nazirlikdən AzVision.az-a verilən məlumata görə, telefon danışığında Azərbaycan və İtaliya arasında əlaqələrin hərtərəfli inkişafından məmnunluq ifadə olunub.

İtaliyanın Azərbaycanın Avropa İttifaqı üzv ölkələri arasında əsas ticarət tərəfdaşı olduğu qeyd olunaraq iqtisadi-ticarət əlaqələrinin daha inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparılıb. İki ölkənin enerji sahəsində uğurlu əməkdaşlığı xüsusi olaraq vurğulanıb.

Nazir Elmar Məmmədyarov həmkarını Azərbaycana səfərə dəvət edib və Angelino Alfano dəvəti məmnuniyyətlə qəbul edib. Həmçinin Elmar Məmmədyarov İtaliyanın 2018-ci ildə ATƏT-in fəaliyyətdə olan sədri statusunu üzərinə götürməsi münasibətilə həmkarını təbrik edib və bu işdə İtaliya tərəfinə uğurlar arzu edib.

AzVision.az


Teqlər: XİN   Məmmədyarov  





Xəbər lenti