Yuyucu tozun içindən "Tramadol" çıxdı

Yuyucu tozun içindən "Tramadol" çıxdı
  22 Dekabr 2017    Oxunub:1168
Astara Gömrük İdarəsində İran Azərbaycana piyada gələn Azərbaycan vətəndaşının əl yükü rentgen qurğusundan keçirilərkən monitorda şübhəli predmetlərin təsviri görünüb.
Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən AzVision.az-a verilən məlumata görə, əl yükünə baxış zamanı, yuyucu vasitənin içində, istehsal qablaşması pozulmuş vəziyyətdə, ümumi sayı 1 491 ədəd olan "Tramadol" adlı dərman preparatı aşkar edilib.

Xatırladaq ki, "Tramadol" Azərbaycan Respublikasının müvafiq qanunu ilə təsdiq edilmiş "Güclü təsir edən maddələrin və onların külli miqdarının Siyahısı"na daxildir və aşkar olunan 1491 ədəd tramadolun təsiredici maddəsinin ümumi miqdarı 298,2 qram təşkil edir.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər: DGK  





Xəbər lenti