Bakıda “Formula-1” üçün baryerlər qoyulur

Bakıda “Formula-1” üçün baryerlər qoyulur
  22 Dekabr 2017    Oxunub:1587
Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) 27-29 aprel 2018-ci il tarixlərində baş tutacaq növbəti Azərbaycan Qran Prisinə hazırlıq məqsədilə trekin ətrafına baryerlər quraşdırmağa davam edir.
BŞH-dən AzVision.az-a verilən məlumata görə, hal-hazırda Xəqani küçəsinin Puşkin küçəsi ilə Bülbül prospekti arasında olan hissələrinə baryerlər qoyulur.

“Şəhər sakinlərindən xahiş olunur ki, gecə saatlarında (22:00-06:00) Xəqani küçəsinin bu hissəsində avtomobillərini saxlamasınlar, əvəzində yaxın ərazilərdə yerləşən parklanma yerlərindən istifadə etsinlər. Əməliyyat şirkəti hamını yeni mövsümdə yenidən “İlin ən yaxşı yarışı” adına layiq bir yarışa ev sahibliyi etmək üçün birgə səy göstərməyə və qarşılaşdıqları çətinlikləri anlayışla qarşılamağa çağırır”, - deyə məlumatda bildirilib.



Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Formula-1  





Xəbər lenti