Müəllim və valideynlərin müraciətlərinə baxılıb

  22 Dekabr 2017    Oxunub : 582
Müəllim və valideynlərin müraciətlərinə baxılıb
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) rəhbərliyi və struktur bölmə əməkdaşlarının iştirak etdiyi səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə daha sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədlərinə xidmət edir.
BŞTİ-dən AzVision.az-a bildirilib ki, qəbul Bakının Səbail və Qaradağ rayonları üzrə 195 nömrəli tam orta məktəbdə keçirilib. Qəbula gələn vətəndaşlar məktəblərin maddi-texniki təminatı, şagird sıxlığı, direktor müavini və laborant vəzifələri üzrə işə qəbul müsabiqələri və digər müvafiq məsələlərlə bağlı müraciət ediblər.

Vətəndaşlar tərəfindən qaldırılmış bütün məsələlər qeydiyyata alınıb. Bir sıra müraciətlər yerindəcə həllini tapıb, digər məsələlərin həlli ilə bağlı müvafiq tədbirlərin icrasına başlanılıb.

AzVision.az

Teqlər: BŞTİ