Azərbaycan “Vikipediya”da üç pillə irəliləyib

Azərbaycan “Vikipediya”da üç pillə irəliləyib
  22 Dekabr 2017    Oxunub:2379
Bu ilin dekabrında Azərbaycan dilində olan “Vikipediya” (Azviki) üç pillə irəliləyərək latın və özbək dillərində olan sadələşdirilmiş ingiliscə “Vikipediya”nı keçərək 50-ci pilləyə yüksəlib.
Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasından (MEK) AzVision.az-a verilən məlumata görə, Azərbaycan dilində “Vikipediya” türkcə “Vikipediya”dan sonra üçüncü yerdədir.

“Vikipediya”nın Azərbaycan dilində olan bölməsində hazırda 130 min 230 məqalə var. Son illərdə bu virtual ensiklopediyada ana dilimizdə məqalələrin yaradılmasında böyük fəallıq müşahidə olunur. Hədəf ən qısa zamanda 40-cı pilləyə yüksəlmək və beləliklə, həm kəmiyyət, həm də keyfiyyət baxımından yüksək inkişaf əldə etməkdir.

MEK-in sərbəst elektron resurslarla iş şöbəsinin əməkdaşları tərəfindən “Vikipediya” elektron ensiklopediyasının Azərbaycanda kütləviləşdirilməsi istiqamətində işlər davam etdirilir. Mərkəzdə “Vikipediya” ilə bağlı seminar, görüş və tədbirlər təşkil edilir.

AzVision.az


Teqlər: Vikipediya  





Xəbər lenti