Naxçıvanda pensiyalar vaxtından əvvəl verilib

Naxçıvanda pensiyalar vaxtından əvvəl verilib
  23 Dekabr 2017    Oxunub:1679
Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu 2017-ci ilin noyabr ayında əmək pensiyalarının maliyyələşdirilməsini vaxtından əvvəl başa çatdırıb.
AzVision.az xəbər verir ki, bu barədə Naxçıvan MR-nın Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətinin məlumatında qeyd olunub.

Bildirilib ki, hesabat ayında fondun gəlirləri 5 milyon 785 min 420 manat həcmində yerinə yetirilib və proqnoz tapşırıqlara 129,2 faiz əməl olunub.

2017-ci ilin noyabr ayında “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən pensiya hüququ yaranmış 88 vətəndaşa əmək pensiyası təyin olunub. Yeni təyin edilən pensiyaçılardan 26-sı yaşa görə, 22-si əlilliyə görə, 40 nəfər isə ailə başçısını itirməyə görə əmək pensiyasına çıxmış vətəndaşlar olub. Bu dövrdə 1002 sosial sığorta şəhadətnaməsi sığortaedənlər vasitəsilə sığortaolunanlara çatdırılıb.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Naxçıvan   Pensiya  





Xəbər lenti