“Ermənistan danışıqlar prosesini ləngitməyə çalışır” - Novruz Məmmədov
AzVision.az APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi, PA-nın şöbə müdiri Novruz Məmmədov deyib.
Prezidentin köməkçisi bildirib ki, bu ilin noyabrında Şərq Tərəfdaşlığı sammiti çərçivəsində qəbul edilən bəyannamədə ğlkələrin ərazi bütövlüyü və suverenliyi ilə bağlı qərar böyük əhəmiyyət daşıyır: "Bu, əslində Azərbaycan tərəfinin münaqişənin həlli istiqamətində gedən proseslərdə böyük qələbəsidir. Əgər indiyə kimi Avropa ölkələrinin mövqeyində ikili yanaşmalar olurdusa, bundan sonra olmayacaq. Bu da Minsk qrupu həmsədrlərinin də məsələnin həllinə diqqətini gücləndirəcək".
AzVision.az
Teqlər: Novruz-Məmmədov Qarabağ ATƏT