“Prezidentin yeni qələbəsini sevinclə qeyd edəcəyik” - Əli Əhmədov

“Prezidentin yeni qələbəsini sevinclə qeyd edəcəyik” - Əli Əhmədov
  23 Dekabr 2017    Oxunub:4502
"2018-ci ildə Azərbaycanda növbəti prezident seçkiləri keçiriləcək. Prezident İlham Əliyevin yüksək nüfuzu, reytinqi, onun həyata keçirdiyi siyasətin insanlar tərəfindən birmənalı şəkildə dəstəklənməsi, Azərbaycanın həyatında baş verən pozitiv dəyişikliklər, ölkəmizin nüfuzunun dünya miqyasında artması - bütün bunlar prezidentimizin yüksək seçki şanısını təmin edir"
AzVision.az xəbər verir ki, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini - icra katibi Əli Əhmədov bildirib.

"Prezident seçkilərindən sonra biz növbəti 2018-ci ilin dekabr konfransını prezidentimizin yeni qələbəsinin təsiri altında sevincli şəkildə keçirəcəyik".

Anar Kəlbiyev
AzVision.az



Teqlər: Əli-Əhmədov   YAP  





Xəbər lenti