YAP-çı deputatlar məmurlarla bir arada - FOTOLAR

YAP-çı deputatlar məmurlarla bir arada - FOTOLAR
  23 Dekabr 2017    Oxunub:3834
Bakıda Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə "Şərqlə Qərbin qovşağında: yeni enerji və kommunikasiya imkanları" adlı konfrans keçirilib.
AzVision.az-ın məlumatına görə, konfransda baş nazirin müavini, YAP-ın icra katibi - sədr müavini Əli Əhmədov, Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov, SOCAR-ın vitse-prezidenti Xoşbəxt Yusifzadə, “Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov, dövlət və hökumət nümayəndələri, partiyanın yerli təşkilat rəhbərləri iştirak ediblər.

Əli Əhmədov çıxışında bildirib ki, YAP-ın ənənəvi dekabr konfransında ölkəmizin iqtisadiyyatı, sosial həyatı, beynəlxalq əlaqələri ilə bağlı önəmli fikir mübadiləsi aparılır:

“Prezidentimizin rəhbərliyi altında hazırlanmış və uğurla həyata keçirilən siyasətin ayrı-ayrı aspektləri haqqında fikir mübadiləsi aparılacaq”.



Baş nazirin müavini diqqətə çatdırıb ki, konfrans əlamətdar gün ərəfəsində keçirilir: "Dekabr ayının 24-də Yeni Azərbaycan Partiyasının sədri, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin doğum günüdür. Mən fürsətdən istifadə edərək doğum günü münasibətilə prezidentimizi təbrik edir, ona möhkəm cansağlığı, işlərində uğurlar arzulayıram".

Konfrans çıxışlarla davam edib.














Anar Kəlbiyev
FOTO: Elvin Abdulla

AzVision.az


Teqlər: YAP  





Xəbər lenti