“Prezident seçkiləri yüksək səviyyədə keçiriləcək” - Ziyafət Əsgərov

“Prezident seçkiləri yüksək səviyyədə keçiriləcək” - Ziyafət Əsgərov
  23 Dekabr 2017    Oxunub:3641
"2018-ci ildə prezident seçkiləri çox yüksək səviyyədə, daxili siyasi sabitlik şəraitində keçəcək"
AzVision.az xəbər verir ki, bunu Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov bildirib.

Azərbaycanda təhlükəsizlik məsələsinə toxunan Z.Əsgərov vurğulayıb ki, hazırda bütün dünya təhdid içindədir:

"Biz dünyadan təcrid olunmuş vəziyyətdə deyilik. Təhdid indiyə qədər olub, bundan sonra da ola bilər. Amma bizim təhlükəsizlik orqanları bu işdə çox ayıq-sayıqdırlar, baş verə biləcək təhdidlərin qarşısını vaxtında alırlar. Bundan sonra da belə olacaq".

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Ziyafət-Əsgərov   Seçki  





Xəbər lenti