“İlham Əliyev və ordu quruculuğu” mövzusunda seminar keçirilib

“İlham Əliyev və ordu quruculuğu” mövzusunda seminar keçirilib
  23 Dekabr 2017    Oxunub:1974
Cəmşid Naxçıvanski adına Hərbi Liseydə “İlham Əliyev və ordu quruculuğu” mövzusunda elmi-metodiki seminar keçirilib.
Bu barədə AzVision.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Seminar açıq elan edildikdən sonra ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Seminarda çıxış edən Cəmşid Naxçıvanski adına Hərbi Liseyin rəisi polkovnik Raizi İsmayılov Ali Baş Komandan İlham Əliyevin Azərbaycan Ordusuna olan diqqət və qayğısı, Ordumuzun döyüş qabiliyyəti, mənəvi-psixoloji durumu barədə ətraflı məlumat verib.



Sonra Milli Məclisin deputatı, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin müəllimi Peykər Həbibova və başqaları çıxış ediblər. Tədbirdə Azərbaycan ordusunun yaranmasını və formalaşmasını əks etdirən video-çarx nümayiş olunduqdan sonra elmi-metodiki seminar işini fənn bölmələrində davam etdirib.

AzVision.az


Teqlər: Müdafiə-Nazirliyi  





Xəbər lenti