Birinci vitse-prezidentin Katibliyində yeni təyinat

Birinci vitse-prezidentin Katibliyində yeni təyinat
  23 Dekabr 2017    Oxunub:5703
Azərbaycanın Birinci vitse-prezidentinin Katibliyində yeni təyinat olub.
AzVision.az Report-a istinadən xəbər verir ki, Prezident İlham Əliyevin sərəncamı ilə Eldar Rzayev Azərbaycan Respublikası Prezidentinin protokol xidməti rəisinin müavini - Birinci vitse-prezidentin protokol sektorunun müdiri təyin edilib.

Bu sərəncama qədər E.Rzayev Azərbaycan Respublikası Prezidentinin Protokol xidməti rəisinin müavini vəzifəsini tuturdu.

AzVision.az


Teqlər: İlham-Əliyev   Prezident   Mehriban-Əliyeva  





Xəbər lenti