Leyla Əliyeva yoqa dərsində - FOTOLAR

Leyla Əliyeva yoqa dərsində - FOTOLAR
  24 Dekabr 2017    Oxunub:16137
Dekabrın 23-də IDEA Heyvanlara Qayğı Mərkəzində yoqa üzrə ustad dərsi keçirilib.
Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva iştirak edib.

IDEA İctimai Təşkilatı və Klassik Yoqa Məktəbi tərəfindən təşkil olunmuş tədbirdə qonaqlar Xatxa-yoqa dərsində olub, yoqa və düzgün qidalanma haqqında xeyli maraqlı məlumatlar əldə edib, vegeterian mətbəxinin nümunələrindən dadıb, eləcə də mərkəzdə saxlanılan heyvanlarla tanış olublar.

Dərs və söhbətləri beynəlxalq diploma və Yoqa Şiromani tituluna malik Elçin Quliyev keçirib. E.Quliyev 2002-ci ildən yoqa ilə məşğuldur. O, 2009-cu ildə Polşadakı Şivananda Yoqa Mərkəzində təlim keçib.









AzVision.az


Teqlər: Leyla-Əliyeva   Yoqa  





Xəbər lenti