Ziyafət Əsgərov: “Problemlər hər kəsi narahat edir”

Ziyafət Əsgərov: “Problemlər hər kəsi narahat edir”
  25 Dekabr 2017    Oxunub:2470
“Yoxsulluq, aclıq və iqtisadi problemlər bu gün hər kəsi narahat edir. Dünyamız narahat vəziyyətdədir”.

AzVision.az xəbər verir ki, bunu Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov parlamentdə “Dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında Parlamentin rolu” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.
Vitse-spiker diqqətə çatdırıb ki, Azərbaycan işğal faktoru ilə üzləşib: “Neçə illərdir ki, Azərbaycanın 20 faiz torpağı qonşu Ermənistan tərəfindən işğal olnub. 1 milyondan çox qaçqın və məcburi köçkünümüz var”.

Z.Əsgərov qeyd edib ki, dövlət insan kapitalının inkişafına xüsusi diqqət yetirir: “Azərbaycan layihə ilə bağlı götürdüyü öhdəlikləri yerinə yetirir”.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Ziyafət-Əsgərov  





Xəbər lenti