Vitse-spiker: “Hər bir ölkənin qapısını təhdidlər döyür”

Vitse-spiker: “Hər bir ölkənin qapısını təhdidlər döyür”
  25 Dekabr 2017    Oxunub:1566
“Dünya təhdid içərisindədir. Hər bir ölkənin qapısını təhdidlər döyür. Bunların aradan qaldırılması üçün təhsil səviyyəsini artırmalıyıq”.
AzVision.az xəbər verir ki, bunu Milli Məclisdə (MM) “Dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında Parlamentin rolu” mövzusunda keçirilən tədbirdə parlament sədrinin birinci müavini Ziyafət Əsgərov deyib.

Vitse-spiker bildirib ki, bu problemlər aradan qaldırılmayacaqsa, terror və digər arzuolunmaz hadisələr baş verə bilər.

Z.Əsgərov vurğulayıb ki, Azərbaycan Milli Məclisi Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasına dəstək verməyə hazırdır.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Ziyafət-Əsgərov  





Xəbər lenti