“Azərbaycanda hər il 100 min iş yeri açılmalıdır” - Əli Əhmədov

“Azərbaycanda hər il 100 min iş yeri açılmalıdır” - Əli Əhmədov
  25 Dekabr 2017    Oxunub:2476
“Bu il Azərbaycanda 159 min uşaq dünyaya gəlib. 18 yaşını keçən xeyli gənc var. Bunun üçün ölkədə hər il 100 min iş yeri açılmalıdır”.
AzVision.az xəbər verir ki, bunu Milli Məclisdə “Dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında Parlamentin rolu” mövzusunda keçirilən tədbirdə Azərbaycanın Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri, Baş nazirin müavini Əli Əhmədov deyib.

Baş nazirin müavini bildirib ki, ölkədə yeni iş yerləri açılmazsa, işsizlərin sayı arta bilər.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Əli-Əhmədov  





Xəbər lenti