2017-ci ilin ən yaxşıları məlum oldu - SİYAHI

2017-ci ilin ən yaxşıları məlum oldu - SİYAHI
  25 Dekabr 2017    Oxunub:2860
Gənclər və İdman Nazirliyi 2017-ci ilin yekunları ilə bağlı tədbir keçirib.
AzVision.az-ın məlumatına görə, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təşkil edilən tədbirdə Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, Milli Olimpiya Komitəsinin vitse-prezidentləri Çingiz Hüseynzadə, Xəzər İsayev, gənclər və idman naziri Azad Rəhimov, nazir müavini İntiqam Babayev, Milli Məclisin Gənclər və idman komistəsinin sədri Fuad Muradov, ADBTİA-nın rektoru Fuad Hacıyev və digərləri iştirak ediblər.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra 2017-ci ilin yekunları ilə bağlı hesabat videoçarx nümayiş edilib.

Çıxış edən nazir A.Rəhimov 2017-ci ilin Azərbaycan idmanı üçün uğurlu olduğunu bildirib. O, bu il idmançılarımızın beynəlxalq arenada çoxlu sayda medal qazandığını, ölkəmizdə dünyanın ən mötəbər beynəlxalq idman yarışlarının təşkil edildiyini vurğulayıb.

Nazir ölkəmizdə keçirilən "Formula-1" üzrə Azərbaycan Qran-Prisi və IV İslam Həmrəyliyi Oyunlarını xüsusi qeyd edib. A.Rəhimov Azərbaycanda fəaliyyətə başlamış Antidopinq Agentliyinin işini yüksək səviyyədə qurduğunu vurğulayıb. O, 2017-ci ildə əldə olunmuş digər uğurlar haqqında ətraflı məlumat verib.

MOK-un vitse-prezidenti Ç.Hüseynzadə çıxış edərək Azərbaycan idmanın inkişafından danışıb. O, ölkəmizin həm fiziki, həm də intellektual cəhətdən güclü idmançılara sahib olduğunu söyləyib.

MOK-un vitse-prezidenti şahmatçılarımızın qazandıqları uğurları diqqətə çatdırıb. O, "Qarabağ" futbol klubunun əldə etdiyi tarixi nailiyyətdən söz açıb.

Ç.Hüseynzadə dövlət başçısı İlham Əliyevin MOK-un Prezidenti seçilməsindən sonra ölkəmizdə idmanın sürətlə inkişaf etdiyini vurğulayıb. O, Azərbaycanın həm də dünyanın ən mötəbər idman yarışlarını yüksək səviyyədə təşkil etdiyini qeyd edib. MOK-un vitse-prezidenti Azərbaycan idmanına və idmançılarına uğurlar arzulayıb.

Daha sonra 2017-ci ilin ən yaxşıları mükafatlandırılıb.

İlin ən yaxşı məşqçiləri

1.Rəşad Asif oğlu Əhmədov - Belgi Harçegani Milad( taekvando)

2. Elçin Mehdi oğlu İsmayılov - Zelim Kotsoiev( cudo)

3. Ziyad Əli oğlu Xəllfəyev - Nazim Tahit oğlu Babayev(atletika)

4. Faiq Əli oğlu Qarayev - Voleybol üzrə qadınlardan ibarət milli komandanın baş məşqçisi

5 .Qurban Osman oğlu Qurbanov- “Qarabağ” Peşəkar Futbol Klubunun və Azərbaycan milli Komandasının baş məşqçisi


İlin ən yaxşı hakimləri

Fariz Adil oğlu Hüseynov (cudo)

Fuad Alxan oğluAslanov (boks)

Vuqar Sərdar oğlu Ələsgərov (atletika) Asiya oyunlarına ilk hakimimiz


İdman yarışlarının yüksək səviyyədə təşkili və keçirilməsinə görə

Azərbaycan Voleybol Federasiyası

Bakı şəhəri Halqası Əməliyyat Şirkəti


İlin ən yaxşı federasiyası

Cudo federasiyası


İlin ən yaxşı idman təşkilatı

Neftçi İdman Klubu

Daxili İşlər Nazirliyinin idman Cəmiyyəti

Zirvə İdman Klubu


İlin ən yaxşı klub komandası

Qarabağ Peşəkar Futbol Klubu


İlin ən yaxşı komandası

Şahmat üzrə kişilərdən ibarət yığma komanda


İlin ən yaxşı idman həkimi

Rövşən Abas oğlu ( Taekvando)


İlin ən fəal veteranı

Məryəm Baxşəli qızı Bağbanlı


İlin ən yaxşı Uşaq Gənclər İdman məktəbi

Mingəçevir şəhər Uşaq Gənclər İdman Məktəbi


İlin ən yaxşı idman qurğuları

Tovuz Olimpiya İdman Kompleksi

Şəmkir Olimpiya İdman Kompleksi

Şirvan Olimpiya İdman Kompleksi

Tofiq Bəhramov adına Respublika stadionu


İlin ən yaxşı idman verilişlərinin təşkilatçısı

Azərbaycan Televiziyası


İlin ən yaxşı informasiya agentliyi

SİA (Səs İnformasiya Agentliyi)


İlin ən yaxşı qəzet və saytlar üzrə idman jurnalisti

Sərxan Musalı (Futbol Plus qəzeti)


İlin ən yaxşı media layihəsi

“İdman hamı üçün” TV layihəsi “Space” TV


İlin ən yaxşı idmançıları

1.Məhəmmədrəsul Yusup oğlu (Boks)- Dünya çempionu

2.Hacı Azər oğlu Əliyev (sərbəst güləş)- Dünya çempionu

3.Beigi Harçegani Milad (Taekvando)- Dünya çempionu, Universiadanın qalibi

4.Hidayət Minayət oğlu Heydərov (Cudo)- Dünya və Avropa çempionu

5.Bəhram Rəcəbzadə Xudaverdi (kikboksinq)-Wako üzrə Dünya çempionu

6.Stadnik Mariya Vasilyevna (Güləş)-Avropa çempionu

7.İlham Əzizağa oğlu Zəkiyev (Cudo)-Avropa çempionu,(Paralimpiya)

8. Nazim Tahit oğlu Babayev(Atletika)-23 yaşlı gənclər arasında Avropa çempionu. İslam Həmrəyliyi Oyunları və Universiadanın qalibi

9.Malkin Mixail Oleqoviç (Tamblinq)-Dünya kubokunun qalibi, ( Dünya yaş qrupu yarışlarının qalibi)

10.Şəhriyar Həmid oğlu Məmmədyarov (Şahmat)-Dünya reytinqinin 3-cü pilləsində

11.Rəşad Fərhad oğlu Sadıqov (Futbol)-“Qarabağ” futbol kamandası

12.Ruslan Vladimir Lunev( Güllə atıcılığı)-Dünya kubokunun bürünc mükafatçısı. İslam Həmrəyliyi Oyunlarının beş qat qalibi.

Aytən Zəhra
AzVision.az


Teqlər: Gənclər-İdman-Nazirliyi  





Xəbər lenti