Dəmiryolu gücləndirilmiş iş rejiminə keçir

Dəmiryolu gücləndirilmiş iş rejiminə keçir
  25 Dekabr 2017    Oxunub:1170
“Azərbaycan Dəmir Yolları” QSC-nin Sərnişin Daşımaları Departamentinin kollektivi 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində gücləndirilmiş iş rejimində çalışır.
QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a bildirilib ki, departamentin kollektivi sərnişin qatarlarında xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində ciddi işlər görür. Yeni təqvim ili ərəfəsində, sərnişin sıxlığının artması ilə əlaqədar ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün tələb olunan sayda əlavə sayda vaqonların qoşulması təmin edilir.

Sərnişinlərin nəzərinə çatdırılır ki, sərnişin qatarlarına bilet satışı 10 gün qabaqcadan, əlavə vaqonlara isə bilet satışı həmin vaqon qatara qoşulan gün həyata keçirilir.

AzVision.az


Teqlər: Azərbaycan-Dəmir-Yolları  





Xəbər lenti