Sabiq prezidentdən məktub: “İlham Əliyev müdrik rəhbərdir”

Sabiq prezidentdən məktub: “İlham Əliyev müdrik rəhbərdir”
  25 Dekabr 2017    Oxunub:1827
Moldova Respublikasının üçüncü prezidenti Vladimir Voronin Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
AzVision.az-ın məlumatına görə, təbrikdə deyilir:

“Hörmətli İlham Heydər oğlu. İcazə verin, doğum gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edim.

Siz bütün Azərbaycan xalqının tanınmış liderisiniz. Sizin müdrik rəhbərliyinizlə Azərbaycan nəinki firavanlaşan müasir dövlətə, həm də regional liderə, beynəlxalq arenada nəzərəçarpan və nüfuzlu tərəfdaşa çevrilib. Sizin görkəmli atanız Heydər Əliyevin başladığı işi – güclü, özünü təmin edən Azərbaycan dövləti qurulması kursunu necə bacarıqla və ləyaqətlə davam etdirməyinizi diqqətlə izləyirəm.

Ölkənizin üzləşdiyi problemlərə görə həmişə səmimi narahatlıq keçirir, Sizin uğurlarınıza ürəkdən sevinirəm. Dövlətlərimiz və xalqlarımız arasında qarşılıqlı fəaliyyətin xüsusi xarakter daşımasına hər vasitə ilə kömək etməyə hazıram.

Sizin həyatınızda ailənizin necə mühüm yer tutduğunu yaxşı bilirəm. Arzum budur ki, doğmalarınız və yaxınlarınız sağlam və xoşbəxt olsunlar. Hörmətli İlham Heydər oğlu, doğum gününüzdə Sizə bir insan və siyasi xadim kimi uzunömürlülük, rəhbər müdrikliyi və ata xeyirxahlığı arzu edirəm. İcazə verin, Sizin şəxsinizdə bütün Azərbaycan xalqına da sülh və firavanlıq diləyim”.

AzVision.az



Teqlər: İlham-Əliyev   Moldova  





Xəbər lenti