İlham Əliyev sabah Moskvaya gedəcək

İlham Əliyev sabah Moskvaya gedəcək
  25 Dekabr 2017    Oxunub:2638
Sabah Moskvada MDB dövlət başçılarının qeyri-rəsmi görüşü keçiriləcək.

AzVision.az Kremlin rəsmi saytına istinadən xəbər verir ki, görüş 2017-ci ildə Rusiyanın quruma sədrliyinin yekunlarına həsr olunacaq.
Görüşdə Azərbaycan prezidenti İlham Əliyev də iştirak edəcək.

Dövlət başçılarının görüşü zamanı müxtəlif sahələrdə münasibətlərin gələcək inkişaf perspektivləri müzakirə olunacaq.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: İlham-Əliyev   Azərbaycan   Moskva  





Xəbər lenti