Təyyarədə dava: sərnişin ürəyindən bıçaqlandı

  25 Dekabr 2017    Oxunub : 3611
Təyyarədə dava: sərnişin ürəyindən bıçaqlandı
Rusiyanın paytaxtı Moskvadan Kalinqrada uçan təyyarədə insident baş verib.
AzVision.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, 54 yaşlı sərnişin yanında əyləşən oğlana ayaq qoxusuna görə irad tutub və onu təhqir edib. Bu səbəbdən sərnişinlər arasında dava düşüb.

Əsəblərini cilovlaya bilməyən yaşlı sərnişin 31 yaşlı oğlanı ürək nahiyəsindən bıçaqla vurub. Həkimlər yaralının həyatını xilas edə biliblər. Hadisəni törədən şəxs polis tərəfindən tutulub, barəsində cinayət işi açılıb.

AzVision.az

Teqlər: Rusiya   Sərnişin