Bu il Bakıda 94 uşaq evdə doğulub

  26 Dekabr 2017    Oxunub : 685
Bu il Bakıda 94 uşaq evdə doğulub
Bu il ərzində Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına doğuşla bağlı 3099 müraciət daxil olub.
Bu barədə AzVision.az-a Səhiyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, doğuşla bağlı müraciətlərin sayı 3099, hospitalizasiya 3084; tibb müəssisəsindən kənar doğuşların sayı 94 olub.

Onların da 93 hospitalizasiya olunub. Hospitalizasiyadan imtina edilən bir hal barəsində Bakı Baş Səhiyyə İdarəsinə, ərazi üzrə qadın məsləhətxanasına, poliklinikaya, hüquq mühafizə orqanlarına məlumat verilmiş, ünvana polis əməkdaşları dəvət olunub.

Qeyd edək ki, ötən il Bakıda evdə doğuşla bağlı BŞT və TTYS-a 68 müraciət daxil olub.


Aytən Zəhra

AzVision.az

Teqlər: