Qarabağ qazisi “ASAN-xidmət”də işlə təmin olunub - FOTO

  26 Dekabr 2017    Oxunub : 8580
Qarabağ qazisi “ASAN-xidmət”də işlə təmin olunub - FOTO
Qarabağ qazisi, bir sıra uğurlu əməliyyatlarda iştirak edən İlqar Babayev Quba “ASAN-xidmət” mərkəzində işlə təmin olunub.

AzVision.az-ın məlumatına görə, İ.Babayev uzun müddət Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edib. O, 2015-ci ildə döyüş tapşırığını yerinə yetirərkən ağır yaralanıb və ordu sıralarından tərxis olunub.
İ.Babayev Quba “ASAN-xidmət” Mərkəzində Vətəndaşların hüquqlarının təminatı sektorunda çalışır.

“Mənə göstərilən etimada görə “ASAN-xidmət” rəhbərliyinə təşəkkür edirəm. İş üçün müraciət etdim, sağ olsunlar qəbul etdilər. Bundan sonra da xalqıma ləyaqətlə xidmət etməyə çalışacağam” – İ.Babayev deyib.



Anar Kəlbiyev
AzVision.az

Teqlər: ASAN-Xidmət   Quba   Qazi