Azərbaycanda ehtiyac meyarı artırıldı

Azərbaycanda ehtiyac meyarı artırıldı
  26 Dekabr 2017    Oxunub:1446
Prezident İlham Əliyev "Azərbaycanda 2018-ci il üçün ehtiyac meyarının həddi haqqında" qanunu təsdiq edib.
Qanuna əsasən, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2018-ci il üçün ehtiyac meyarının həddi 130 manat məbləğində təsdiq edilir. Qanun 2018-ci il yanvarın 1-dən qüvvəyə minir.

Qeyd edək ki, 2017-ci ildə ehtiyac meyarı 116 manat təşkil edib.

AzVision.az


Teqlər: İlham-Əliyev   Prezident  





Xəbər lenti