Qəbul imtahanlarının nəticələri prezidentə təqdim ediləcək

  26 Dekabr 2017    Oxunub : 719
Qəbul imtahanlarının nəticələri prezidentə təqdim ediləcək
Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının 25 dekabr 2017-ci il tarixində növbəti iclası keçirilib.
DİM-dən AzVision.az-a verilən xəbərə görə, iclasda DİM tərəfindən 2017-ci ilin dekabr ayı ərzində keçirilmiş imtahanlar, dövlət qulluğu sahəsində görülmüş işlər, qəbul və buraxılış imtahanları ilə bağlı ölkə Prezidentinə təqdim olunacaq illik hesabat, eləcə də Avropa İttifaqının Tvinninq aləti üzrə “Azərbaycan Dövlət Qulluğu sistemində islahatların davam etdirilməsinə dəstək” layihəsi çərçivəsində görülmüş işlər müzakirə edilib.

İlk növbədə, iclasda Şura üzvlərinə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə 2017/2018-ci tədris ili üçün ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələri haqqında təqdim olunacaq illik hesabat barədə məlumat verilib. Mərkəzin dövlət qulluğu sahəsində fəaliyyətinə dair hesabatın da hazırlanacağı və ölkə prezidentinə təqdim olunacağı qeyd olunub.

Aytən Zəhra
AzVision.az

Teqlər: DİM   İlham-Əliyev