Rusiya XİN: "Xəzərin bölünmə prinsipi razılaşdırılıb"

  27 Dekabr 2017    Oxunub : 1776
Rusiya XİN: "Xəzərin bölünmə prinsipi razılaşdırılıb"
"Xəzər dənizinin bölünmə prinsipi razılaşdırılıb".
AzVision.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin “Komersant” nəşrinə müsahibəsində deyib.

Karasin "Xəzərin bölünməsi razılaşdırılıbmı" sualına “Bəli. Amma mən indi detalları açıqlamaq istəməzdim” -deyə cavab verib.

Diplomat 2018-ci ildə Xəzər dənizinin hüquqi statusuna dair konvensiyanın imzalanacağı barədə sualı müsbət cavablandıra bilməyib.

Eldar Tanrıverdiyev
AzVision.az

Teqlər: Rusiya   XİN   Xəzər   Karasin