Komitə sədri: "Dindən sui-istifadə edirlər"

Komitə sədri: "Dindən sui-istifadə edirlər"
  27 Dekabr 2017    Oxunub:1585
"Bu gün dünyada dindən sui-istifadə hallarını müşahidə etməkdəyik. Dindən istifadə edərək dünyanın ayrı-ayrı regionlarında radikal qruplar yaradaraq faciələrə gətirib çıxaran hadisələr törədilir"
AzVision.az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı “Söz azadlığı və dini icmalar” mövzusunda keçirilən konfransda deyib.

Komitə sədri bildirib ki, bu cür hadisələrin qarşısını almaq üçün dinlərarası dialoqa, İslam dünyasının daxilində həmrəyliyə böyük ehtiyac var.

"Azərbaycan bu baxımdan nümunəvi ölkədir. Ölkəmizdə dövlət-din modeli mövcuddur. Azərbaycan dinlərarası dialoqa, İslam həmrəyliyinə böyük töhfə verməkdədir" , - deyə komitə sədri qeyd edib.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Mübariz-Qurbanlı   Din   Komitə  





Xəbər lenti