Vüsal Qasımlı: "Artıq böhran arxada qalıb"

Vüsal Qasımlı: "Artıq böhran arxada qalıb"
  27 Dekabr 2017    Oxunub:3218
"2017-ci il dərin iqtisadi islahatlar və sabitləşmə ili olub, artıq böhran arxada qalıb və ölkə iqtisadiyyatı yeni inkişaf mərhələsində qədəm qoyub"
AzVision.az xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı ilin yekunlarına həsr olunan mətbuat konfransında deyib.

V.Qasımlı bildirib ki, bu il Azərbaycanda biznes mühitinin əlverişliyini artırmaq istiqamətində iqtisadi islahatlar davam etdirilib.

"2015-ci il noyabrın 1-dən sahibkarlıq sahəsində aparılan yoxlamalar 2 il müddətinə dayandırılıb. 2017-ci ilin oktyabr ayında isə yoxlamaların dayandırılması ilə bağlı müddət uzadılıb. Cari ildə Ümumi Daxili Məhsulun artım dinamikası tarazlaşdırılıb və 2018-ci ildə yeni iqtisadi yüksəliş üçün əsaslar yaradılıb" - V.Qasımlı qeyd edib.

AzVision.az


Teqlər: Vüsal-Qasımlı  





Xəbər lenti