Naxçıvanda Məhkəmə Ekspertiza Mərkəzi yaradılıb

Naxçıvanda Məhkəmə Ekspertiza Mərkəzi yaradılıb
  27 Dekabr 2017    Oxunub:3350
Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin Azərbaycanda 3 regional filialı fəaliyyət göstərir.
AzVision.az-ın məlumatına görə, bunu Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin rəhbəri Fuad Cavadov deyib.

O, bildirib ki, həmin filiallarda ekspertizalar həyata keçirilir: "Filiallarımız Şəki, Gəncə və Şirvanda yerləşir. Filiallarımızda bölgələrdə baş verən hadisələrlə bağlı ekspertizalar keçirilir".

F.Cavadov bildirib ki, Ədliyyə Nazirliyinin Naxçıvanda regional Məhkəmə Ekspertiza Mərkəzi yaradılıb. Onun sözlərinə görə, regional mərkəz artıq müstəqil fəaliyyət göstərir: "Biz həmin mərkəzi yaratdıq. Hazırda mərkəz Naxçıvanda müstəqil fəaliyyət göstərir. Mərkəzdə müstəqil ekspertizalar keçirilir. İşçi götürərkən bizə müraciət edirlər. Amma fəaliyyətləri tam müstəqildir".

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: Ədliyyə-Nazirliyi   Ekspertiza  





Xəbər lenti