“Azərbaycanı öz oyunlarına alət etmək istəyirlər” - Şeyxin müavini

“Azərbaycanı öz oyunlarına alət etmək istəyirlər” - Şeyxin müavini
  27 Dekabr 2017    Oxunub:2125
“Bu gün mültikultiralizm və dini tolerantlıq münasibətlərinin aparıcı qüvvəsi olan Qafqaz Müsəlmanları İdarəsi dini radikalizm və məzhəb ayrıseçkiliyinə qarşı barışmaz mövqedədir”.

AzVision.az xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Qəmərxanım Cavadlı deyib. Onun sözlərinə görə, Azərbaycanın dini mühitində baş verən bir sıra xoşagəlməz halların iki əsas mənbəyi mövcuddur:
“Bunlardan birinicisi xaricdən bizə ixrac olunan ekstremizmdir ki, dini rəng alaraq əhalinin mənəviyyatına, əxlaq dəyərlərinə ciddi zərbə vurur. İkinci cəhət isə bəzi qərəzli qüvvələrin kütləvi informasiya vastiləri ilə və sosial media vasitəsilə dini mühitimiz haqqında bilərəkdən mənfi rəy formalaşdırmasıdır”.

QMİ-nin sədr müavini bildirib ki, son dönəmin ən böyük problemi dünyanı və xüsusən müsəlman aləmini bürüyən radikallaşma, terrorizm və ekstermizimdir: “Təəssüf ki, Qərbin fitnəsi ilə islam aləmini parçalamaq istəyən bəzi daxili və xarici qüvvələr Azərbaycanı da öz oyunlarına alət etmək niyyətindədirlər. Bu məqsədlə onlar bir sıra qeyri-ənənvi təriqətləri özək qruplarını bizim ərazilərdə şəhər və kəndlərimizdə yerləşdirirlər. Müxtəlif maddi və mənəvi təbliğatla ətraflarına əhalini, xüsusən də gəncləri toplayırlar. Onları milli dəyərdən imtina etməyə, ailə və cəmiyyətə qarşı təşviq edirlər. Bu gün dini mühtimizin sabitliyini pozan destruktiv qüvvələrin neytrallşadırılması istiqamətində aparılan işlərə görə, biz birinci növbətə dövlət başçımız İlham Əliyevə minntədarıq”.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: QMİ  





Xəbər lenti