Həmyerlisini öldürən keçmiş məhkum tutulub

Həmyerlisini öldürən keçmiş məhkum tutulub
  27 Dekabr 2017    Oxunub:1579
Göygöl rayon sakini Qəzənfər Musayevi qətlə yetirməkdə şübhəli bilinən Seymur Muradov saxlanılıb.
Daxili İşlər Nazirliyindən AzVision.az-a verilən məlumata görə, dekabrın 26-da Göygöl rayon sakini Q.Musayev yaşadığı evin yaxınlığından kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya aparılarkən yolda ölüb.

Göygöl RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən həmyerlisi, əvvəllər məhkum olunmuş S.Muradov saxlanılaraq istintaqa təhvil verilb.

AzVision.az


Teqlər: DİN   qətl  





Xəbər lenti