İctimai Komitənin üzvləri Məhkəmə Ekspertiza Mərkəzində - FOTOLAR

İctimai Komitənin üzvləri Məhkəmə Ekspertiza Mərkəzində - FOTOLAR
  27 Dekabr 2017    Oxunub:2309
Bu gün Ədliyyə naziri yanında İctimai Komitənin yeni seçilmiş tərkibinin üzvləri Məhkəmə Ekspertiza Mərkəzində olublar.
AzVision.az-ın məlumatına görə, İctimai Komitənin üzvləri Məhkəmə Ekspertiza Mərkəzinin rəisi Fuad Cavadovla görüşüblər. Görüş zamanı F.Cavadov mərkəzin fəaliyyəti barədə məlumat verib.

Həmçinin komitə üzvləri məhkəmə ekspertizasını yüksək səviyyədə həyata keçirmək üçün istifadə olunan müasir avadanlıqlarla tanış olublar. Burada Mərkəzin rəisi və əməkdaşları komitə üzvlərini maraqlandıran sualları cavablandırıblar.













Elvin Abdulqədirov
AzVision.az


Teqlər: İctimai-Komitə  





Xəbər lenti