Nazim İbrahimovun müavinlərinin sayı artırılıb

Nazim İbrahimovun müavinlərinin sayı artırılıb
  27 Dekabr 2017    Oxunub:1465
Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb.
AzVision.az xəbər verir ki, fərmana əsasən Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 14 may tarixli 95 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”nin 13-cü hissəsinin birinci cümləsində “birinci müavini və” sözləri “bir birinci müavini və iki” sözləri ilə əvəz edilib.

Fərmanda həmçinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə Prezidentin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməsi tapşırılıb.

Qeyd edək ki, Dövlət Komitəsi sədrinin birinci müavini və müavini olub. Dəyişikliyə əsasən Dövlət Komitəsi sədrinin müavinlərinin sayı 2-yə çatdırılıb.

AzVision.az


Teqlər: İlham-Əliyev  





Xəbər lenti