Qazi Yaşar Ağayevin ailəsinin problemi həll olunub

Qazi Yaşar Ağayevin ailəsinin problemi həll olunub
  28 Dekabr 2017    Oxunub:4599
“2016-cı ilin məlum aprel döyüşləri zamanı qardaşım Yaşar Ağayev yaralanandan sonra Silahlı Qüvvələrin Baş Klinik Hospitalında yerli həkimlərimiz tərəfindən ona ilkin tibbi yardım göstərildi. Daha sonra qardaşımı Türkiyənin Gülhanə Tibb Akademiyasına göndərdilər”
Bunu AzVision.az-a aprel döyüşlərinin iştirakçısı Yaşar Ağayevin qardaşı Anar Ağayev bildirib.

"Bizə yüksək səviyyəli qulluq göstərildi, sağ olsun dövlətimiz bizi tək buraxmadı. Müdafiə nazirinin tapşırığına əsasən nazir müavini də bizi Türkiyədə ziyarət etdi, müalicənin gedişi və problemlərimizlə maraqlandı.

Qardaşım Azərbaycana qayıdandan sonra Silahlı Qüvvələrin Baş Klinik Hospitalında reabilitasiya keçdi. O zaman da bizə daim diqqətlə yanaşıldı.

Bu günlərdə ailəmizin bir çətinliyi də hərbçilərimizin köməyi ilə həll olundu. Müdafiə Nazirliyinin rəhbərliyi yenə də bizə dəstək oldu.
Bütün bu diqqət və qayğıya görə Ali Baş Komandan cənab İlham Əliyevə, ölkəmizin birinci vitse-prezidentinə Mehriban xanım Əliyevaya, o cümlədən Müdafiə nazirinə və nazirliyin bütün şəxsi heyətinə ailəmiz adından minnətdarlığımızı çatdırıram”.


(Aprel döyüşçüsü Yaşar Ağayev)

AzVision.az


Teqlər: Yaşar-Ağayev  





Xəbər lenti