XİN: Ermənistanın təcavüzü ölkəmiz üçün ən böyük təhlükədir

XİN: Ermənistanın təcavüzü ölkəmiz üçün ən böyük təhlükədir
  28 Dekabr 2017    Oxunub:2047
"Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü və torpaqlarımızın işğal altında qalması Azərbaycanın təhlükəsizliyi üçün ən ciddi təhlükə olaraq qalır".
AzVision.az xəbər verir ki, bunu Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev 2017-ci ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.

H.Hacıyevin sözlərinə görə, Azərbaycan siyasəti milli maraqların qorunması, Ermənistan tərəfindən törədilən işğal və təcavüzün aradan qaldırılması, ərazi bütövlüyü və suverenliyinin təmin olunması, ölkənin beynəlxalq nüfuzunun təbliğ edilməsi, sülhün təbliği davam etdirilib.

"Bu il də torpaqlarımızın Ermənistan tərəfindən işğalı ölkənin təhlükəsizliyi üçün ən ciddi təhdid olaraq davam edib. Ermənistan işğalı davam etdirmək və status-kvonu saxlamaq siyasətini davam etdirib. Beləliklə, işğala son qoyulmayıb. Ermənistan il ərzində siyasi və hərbi təxribatlar törətməklə danışıqlar prosesini pozmaq, danışıqlara şərt qoymaq və status- kvonu qorumağa hesabalanan siyasət yürüdüb ki, bu da münaqişənin siyasi yolla həllinə imkan verməyib".

XİN rəsmisi əlavə edib ki, 2017-ci ildə Azərbaycanda müstəqil, çoxistiqamətli, tarazlaşdırılmış xarici siyasət kursu davam edib.

H.Hacıyev vurğulayıb ki, ermənilərin Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni rejimdə qanunsuz referendum keçirilməsi beynəlxalq ictimaiyyət tərəfindən rədd edilib və Azərbaycanın ərazi bütövlüyünə hörmət nümayiş etdirilib: " İl ərzində Ermənistan tərəfi yenə də hərbi təxribatlara əl ataraq qoşunların təmas xəttində vəziyyəti gərginləşdirib. Ermənistanın Azərbaycanın mülki vətəndaşlarını qəsdən hədəfə alması və bir neçə mülki vətəndaşımızı qətlə yetirməsi beynəlxalq ictimaiyyət tərəfindən qəti pislənilib.Ermənistanın işğal siyasəti davam edib və cəzasız qalması nəticəsində digər avanturalara əl atıb".

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: XİN   Dağlıq-Qarabağ  





Xəbər lenti