Gələn il Bakıda XİN rəhbərlərinin konfransı keçiriləcək

Gələn il Bakıda XİN rəhbərlərinin konfransı keçiriləcək
  28 Dekabr 2017    Oxunub:1260
2018-ci ilin 3-6 aprel tarixlərində Azərbaycanda Qoşulmama Hərəkatının ortamüddətli xarici işlər nazirlərinin konfransı keçiriləcək.
AzVision.az xəbər verir ki, bunu Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev 2017-ci ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.

XİN rəsmisi qeyd edib ki, hərəkata 120-dən çox ölkə daxildir. Bundan əlavə, 2019-2022-ci illərdə Azərbaycan Qoşulmama Hərəkatına sədrlik edəcək.

"Gələn il Bakıda bir sıra beynəlxalq konfrans və görüşlərin keçirilməsi planlaşdırılır. İl ərzində Azərbaycanda Peru və Kosta-Rikanın səfirlikləri açılıb".

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: XİN   Hikmət-Hacıyev  





Xəbər lenti